ABŞ ilə Britaniya Yəmənə aviazərbələr endiriblər
Hurriyyet.az xəbər verir ki, ABŞ ilə Böyük Britaniyanın Silahlı Qüvvələri Yəmənə ardıcıl zərbələr endiriblər. Bu barədə məlumatı husilərə məxsus olan "Əl Məsirah" telekanalı verib.
Hodeyda vilayətində, Qırmızı dənizin sahilində sahilində yerləşən Ras-İsa limanının ərazisinə azı 3 aviazərbə endirilib. Dağıntılar və tələfat barəsində məlumat verilməyib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da xəbəri təsdiqləyib. Komandanlığın X şəbəkəsindəki açıqlamasında deyilir: "Fevralın 7-də, Səna vaxtı ilə 21.00 radələrində CENTCOM qüvvələri özünümdafiə məqsədi ilə husilərin Qırmızı dənizdəki gəmilərə atmaq üçün hazırlanmış iki ədəd mobil gəmiəleyhinə qanadlı raketinə zərbələr endiriblər. Ardından, elə həmin gün, Səna vaxtı ilə 23.30-da husilərin atılmağa hazırlanmış "yer-yer" tipli mobil qanadlı raketinə CENTCOM qüvvələri tərəfindən növbəti zərbə edirilib".
Hürr Tərcüman