ABŞ ilə Britaniyanın Yəmənə növbəti hücumu
2024-01-18 10:04:06
Hurriyyet.az xəbər verir ki, ötən gecə ABŞ ilə BÖyük Britaniya qüvvələri Yəmənin "Ənsar Allah" təşkilatının üzvləri olan husilər tərəfindən idarə olunan hissəsinə ard-arda iki dəfə hücum ediblər.
Bu barədə məlumatı husilərə məxsus olan "Al Masirah" kanalı verib. Damar, Taiz, Hudeyda və Əl Bayda rayonlarının atəş altında qaldığı bildirilir.
Telekanalın məlumatına görə, zərbələrdən biri husilərin Əs Səlif kəndindəki obyektinə endirilib. Kənd Qırmızı dənizin sahilində, Hudeyda rayonunda yerləşir.
Hürr Tərcüman