"ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian
2026-08-06 10:05:21
ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi.
Hurriyyet.Media ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Bütün çətinliklərə baxmayaraq, bu gün İranı güclü və hörmətli bir ölkə adlandırırlar", - Pezeşkian bildirib.
Andiçmə mərasiminin ildönümü ilə bağlı xalqa müraciətində İran Prezidenti əlavə edib ki, ABŞ-nin bütün səyləri nifaq yaratmağa yönəlib.