ABŞ ilə İsrail İranın bu tarixdə hücum etməsini gözləyirlər
2024-04-06 13:28:31
Hurriyyet.az xəbər verir ki, "CBS News" ("Si-bi-es Nyus") kanalı İranın yaxın günlərdə İsrailə irimiqyaslı hücum etməyi planlaşdırdığını bildirib.
Telekanalın məlumatına görə, İsrail ilə ABŞ hesab edirlər ki, İsrailin İranın Suriyadakı konsulluğunu bombalamasına cavab olaraq, Tehran İsrailə PUA ordusu, ballistik və qanadlı raket atəşləri ilə hücuma hazırlaşır.
Hücumun Ramazan bayramı ərəfəsində olacağı güman edilir.
Dron və raket hücumlarının İraq və yaxud Suriya ərazisindən ediləcəyi ehtimalları irəli sürülür.
Hürr Tərcüman