“ABŞ ilə mümkün qədər tez razılığa gəlməyə hazırıq”
2026-02-24 21:32:46
İran nüvə məsələsində ABŞ ilə mümkün qədər tez razılığa gəlmək üçün lazımi addımları atmağa hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi NPR radiosuna müsahibəsində danışıb.
“Biz ABŞ ilə mümkün qədər tez razılığa gəlməyə hazırıq və bunun baş tutması üçün lazım olan hər şeyi etmək istəyirik”, - diplomat bildirib.