ABŞ ilə Polşa Ukraynaya hərbi yardımı müzakirə edəcəklər
2022-03-09 15:16:00
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Ukraynaya “hərbi yardımın” necə göstəriləcəyini müzakirə etmək üçün martın 9-da Polşaya səfəri gözlənilir. Harris martın 10-da Polşa prezidenti Anjey Duda və baş nazir Mateuş Moravetski ilə görüşəcək.
Məlumata görə, səfər martın 8-də Polşanın MiQ-29-larını ABŞ hava bazası vasitəsilə Ukraynaya göndərməyi təklif edərək ABŞ-ı təəccübləndirməsindən əvvəl planlaşdırılıb. Vaşinqton bu təklifi rədd edib və Pentaqonun sözçüsü Con Kirbi deyib ki, təyyarələrin ABŞ-NATO bazasından “Rusiya ilə Ukraynanın üzərində mübahisə etdiyi hava məkanına uçması perspektivi bütün NATO alyansı üçün ciddi narahatlıq doğurur”.
Ülviyyə, Hurriyyet.az