📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ABŞ ilə təmaslar üçün ən yaxşı yer İstanbuldur” – Rusiyadan açıqlama

2022-12-12 11:57:00

“ABŞ ilə təmaslar üçün ən yaxşı yer İstanbuldur” – Rusiyadan açıqlama

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbərinin müavini Sergey Verşinin İstanbulun Rusiya ilə ABŞ arasında təmaslar üçün ən əlverişli meydan olduğunu söyləyib.

RF Xarici İşlər nazirinin müavini Verşinin deyib: “Bu təmaslar fərqli müstəvidə baş tutur. İstanbul belə təmaslar üçün əlverişlidir. Deməliyəm ki, istənilən təmaslar faydalıdır, lakin, təəssüf ki, biz Amerika tərəfindən konkret nəticələri hədəfə alan konstruktiv yanaşma görmürük”.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Türkiyədə ABŞ ilə RF arasında profil departamentləri səviyyəsində viza məsələləri ilə bağlı görüşün keçirildiyi barəsində xəbər vermişdi.

Hürr Tərcüman