ABŞ ilə Yaponiya arasında Rusiyaya qarşı razılaşma
2024-01-23 16:37:47
Hurriyyet.az xəbər verir ki, Yaponiya ilə Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına qarşı sanksiyalar sahəsində əməkdaşlıqla bağlı razılaşıblar.
Tokio ilə Vaşinqton Rusiyanın Qərbdəki dondurulmuş vəsaitlərindən istifadə məsələsinin də müzakirəsini davam etdirmək niyyətindədirlər. Razılaşmalar Yaponiyanın maliyyə nazirinin müavini Masato Kanda ilə ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemonun görüşü zamanı əldə edilib.
Bu barədə açıqlamanı Yaponiyanın Maliyyə Nazirliyi verib.
Hürr Tərcüman