📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın atom sualtı qayığı İran körfəzindədir

2023-11-07 15:07:00

ABŞ-ın atom sualtı qayığı İran körfəzindədir

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın “Florida” adlı atom sualtı qayığı İran körfəzinin sularına daxil olub. Bu barədə məlumatı “Blumberq” nəşri Pentaqondakı mənbələrə istinadla verib. Xəbərdə Vaşinqtonun bu addımla öz gücünü nümayiş etdirməyə çalışdığı və Tehranı Yaxın Şərqdəki münaqişəyə qoşulmaqdan saxlamağa çalışdığı deyilir.

Agentliyin məlumatına görə, “Florida” atom qayığı olsa da, nüvə silahı daşımır. Qayığın cəbbəxanasına 154 ədəd qanadlı “Tomaqavk” raketi, göyərtəsinə isə ABŞ HDQ-nin 66 nəfər xüsusi təyinatlısı daxil ola bilər.

Hürr Tərcüman