ABŞ-ın atom sualtı qayığı Koreyaya doğru yola düşdü
2023-05-03 12:18:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pentaqonun (ABŞ MN) mətbuat katibi Patrik Rayder ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, “Ohaye” sinfindən olan atom sualtı qayığının Cənubi Koreya sularına daxil olacağını bəyan edib.
Rayder deyib: “Əvvəlcədən hansısa zamanı qeyd eləmək istəmirəm. Bu, ballistik raketli atom sualtı qayığı olacaq. Mən yalnız bu qədər məlumat verə bilərəm”.
Hürr Tərcüman