ABŞ-ın baş infeksionisti: "Koronavirusun kökünü kəsmək mümkün deyil"
Koronavirusun kökünü kəsmək mümkünsüzdür, amma ümid var ki, yaxın vaxtlarda COVID-19 məhdudiyyətlərindən imtina etmək mümkün olacaq.
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi Financial Times qəzetinə müsahibəsində deyib.
“Biz bu virusun kökünü heç cür kəsə bilmərik... Amma mən ümid edirəm ki, vaxt gələcək, yetərincə insanlar peyvənd olunaraq əvvəlki infeksiyalardan müdafiə əldə edəcək və COVID məhdudiyyətləri keçmişdə qalacaq”, - deyə Entoni Fauçi bildirib. Onun fikrincə, hər bir amerikalıya müntəzəm təkrar vaksinasiya lazım gəlməyəcək.
ABŞ-ın baş infeksionisti müsahibəsində deyib: “Bu, sizin kimliyinizdən asılı olacaq... Əgər siz 30 yaşlı normal, sağlam insansınızsa, sizə təkrar vaksinasiya dörd və ya beş ildən bir lazım ola bilər”