ABŞ-ın baş kəşfiyyatçısı gizli şəkildə Kiyevdə olub
2022-10-27 10:26:00
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns oktyabrın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilərlə görüşmək üçün gizli şəkildə Kiyevə səfər edib.
Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
"O, Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə dəstək vermək, o cümlədən kəşfiyyat məlumatlarını bölüşməyə davam etmək barədə öhdəliklərini gücləndirib", - məlumatda deyilib.