ABŞ-ın Beşinci donanması: “İran neft tankerini saxladı”
2023-05-03 14:30:00
Hurriyyet.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçiriblər.
Bu barədə məlumatı ABŞ HDQ-nin Beşinci donanması verib. Açıqlamada deyilir: “Mayın 3-də, təqribən səhər saat 6.20-də Panama bayrağı ilə üzən “Niovi” neft tankeri Hörmüz boğazından keçərkən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib”.
Açıqlamada tankerin Dubaydakı limandan çıxdığı və BƏƏ-dəki Əl Fuceyra limanına yönəldiyi, Hörmüz boğazında İİKK-nin onlarla gəmizi tərəfindən əhatəyə alınaraq, məcburən İranın ərazi sularında yerləşən Bender Abbas limanına yönləndirildiyi qeyd edilir.
Hürr Tərcüman