📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ-ın bu işdə əli yoxdur"

2024-09-18 16:20:17

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Misirin XİN rəhbəri Bədr Əbdül Atı ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı ölkəsinin Livanda baş vermiş peycer partlayışları ilə əlaqəsinin olmadığını söyləyib. Blinken deyib: "ABŞ-ın bu insidentlə əlaqəsi yoxdur və bunun baş verəcəyini də əvvəldən bilməyib. Biz hələ baş vermiş hadisə ilə bağlı məlumatları və faktları toplayırıq. Bütün tərəflər münaqişəni daha alovlandıran addımlardan qaçmalıdırlar".
Hürr Tərcüman