📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın casus təyyarəsi İran yaxınlığında

2026-02-23 23:01:07

ABŞ-ın casus təyyarəsi İran yaxınlığında

ABŞ-a məxsus casus təyyarəsi İran yaxınlığında aşkarlanıb.

Hurriyyet.org xəbər verir ki, söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsindən gedir. Təyyarə İran sərhədləri yaxınlığında, Hörmüz boğazı üzərində uçub. Kəşfiyyat təyyarəsi Bəhreyndən havaya qalxıb və təxminən dörd saat Hörmüz boğazında dövrə vurub.