📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Çinin ətrafında yaratmağa çalışdığı yeni münaqişə oxu- “Böyük Puştunistan” planı...

2022-03-29 18:13:00

ABŞ-ın Çinin ətrafında yaratmağa çalışdığı yeni münaqişə oxu- “Böyük Puştunistan” planı...

Vaşinqton “Böyük Puştunistan” planını həyata keçirməyə başlaya, Əfqanıstanda əhalinin 42%-dən çoxunu, Pakistanda isə 15-20%-ni təşkil edən əfqan və pakistanlı puştunları ayağa qaldıra, bilər. ABŞ iki ölkənin puştun tayfalarının yeni puştun millətində birləşməsinə çağırış edən köhnə hərəkatı canlandırmağı gözdən keçirə bilər. Üstəlik, “Böyük Puştunistan” Əfqanıstan və Pakistanı təkcə hərbi əməliyyatların səhnələşdirildiyi vahid teatr kimi deyil, həm də bu iki ölkəni müxtəlif hissələrə parçalaya və hətta Paksitana qarşı ədavəti olan Hindistanın hərbi müdaxiləsini tətikləyə bilər.
Çinə gəlincə, onu da müəyyən mənada separatizmdən əziyyət çəkmiş ölkə kimi səciyyələndirmək olar. Tibetin beynəlxalq hüquqi statusu problemi, Honq-Konqdakı iğtişaşlar və Tayvanın müstəqilliyinin elan edilməsi Pekinin daxili və xarici siyasətində ağrılı məsələlər olaraq qalır.
Uzun sözün qısası, ABŞ-ın Taliban timsalında "situativ müttəfiq"inin köməyi ilə Əfqanıstanda sabitliyin pozulmasını Pakistan və Çinə yaymaq cəhdləri var. Əgər Əfqanıstanda vəziyyət pisləşərsə onun ətrafında yaranan qeyri-sabitlik oxu bəzi ABŞ hərbi kontingentinin Mərkəzi Asiyada yerləşdirilməsinin mümkünlüyü məsələsini gündəmə gətirə bilər. ABŞ Əfqanıstanı tərk etdikdən sonra regionda mövcudluğunu saxlamaq üçün bir yol axtarır. Əfqanıstan ətrafında “qeyri-sabitlik qövsü” yaratmaq belə həll variantlarından biridir və artıq Əfqanıstan ətrafında həyəcanlı vəziyyət yaranır.
Birinci belə akt, Pakistan ordusunun bölmələri ilə Taliban qüvvələri arasında silahlı toqquşmaların tez-tez baş verdiyi Əfqanıstan-Pakistan sərhədi zonasında Durand xəttində baş verdi. Bu xətt Britaniya İmperiyası dövründə 1839-cu ildə Əfqan əmiri Əbdürrəhman ilə Britaniya Hindistanında Britaniya müstəmləkə administrasiyasının xarici işlər naziri Lord Durand arasında razılaşma nəticəsində qurulmuşdur.
Bu il yanvarın əvvəlində Pakistan ordusunun bölmələri Əfqanıstanın cənub-qərbində Çahar-Burjak bölgəsində soxulub və orada dayaq nöqtəsi yaratmağa cəhd etdi. Əfqan sərhədçilərinə hücum əmri verildi. İslamabad öz hərəkətlərini onunla əsaslandırıb ki, Taliban hərəkatının Pakistanda yerləşən qolu qarşısına Taliban “İslam Əmirliyi” timsalında "Böyük Puştinistan" layihəsini həyata keçirmək vəzifəsini qoyur. İkinci akt-bu günlərdə Çinin BMT-dəki səfiri Çjan Çszyun Şərqi Türküstanda "Şərqi Türküstan İslam Hərəkatı və Türküstan İslam Partiyası"nın fəallığının artması ilə bağlı “artıq narahatlığını” ifadə etdi. Pekin, təbii ki, Sincan Uyğur Muxtar Bölgəsini nəzərdə tutur.
Çin diplomatının fikrincə, “Xarici qoşunların Əfqanıstandan çıxarılması təhlükəsizlik boşluğu yaratdı, bu xaos terrorçu qüvvələrə öz mövcudluğunu genişləndirmək şansı verdi”.
Bu fakt ona görə əlamətdardır ki, əvvəllər Pekin Əfqanıstanın Çinlə sərhədinin kiçik bir hissəsi yaxınlığında yerləşən ərazidən uyğur döyüşçülərini ölkənin mərkəzinə köçürən Talibanla danışıqlar apara bilib. Söhbət ölkənin Çinlə 76 kilometr sərhədi boyunca yerləşən Bədəxşan vilayətindən gedir. İndi görünən odur ki, Taliban və ya onların hansısa bir hissəsi elə fəaliyyət göstərməyə başlayıb ki, Çin öz təhlükəsizliyindən narahatdır.
Həm Durand xəttində, həm də Bədəxşan əyalətində baş verənlər nümayiş etdirir ki, kimlərsə Talibanı iki istiqamətdə – Pakistan və Çin istiqamətində “fırladır”, baxmayaraq ki, əvvəllər İslamabad və Pekin Kabilə açıq dəstək verirdilər. Eyni zamanda, müxtəlif əfqandaxili siyasi qüvvələr geosiyasi intriqaya cəlb olunur.
Qlobal kontekstdə gələcək inkişafın müxtəlif ssenariləri artıq mümkündür, bu regionda ABŞ ya Çinlə rejim tapmağa çalışacaq, ya da Səma İmperiyası ətrafında “qeyri-sabitlik qövsü” yaradaraq sərt qarşıdurma ssenarisi seçəcək ki, bu da Tayvan, Myanma, Əfqanıstan şəklində Hong Kong və Tibetdə etiraz əhval-ruhiyyəsini stimullaşdırmağa xidmət edir.
İndi görünür, ABŞ hərbi-siyasi gərginliyi başqa vektorda - Ukrayna və Tayvan ətrafında gərginləşdirmə prosesini davam etdirməklə asimmetrik hərəkətlər etmək və “böyük Cənub”a od vurmaq qərarına gəlib. Və bu məsələdə ABŞ həlledici yerdə Əfqanıstan və Pakistanı görmək istəyir, çünki Puştunistan üçün bu iki ölkənin əraziləri masaya yatırılıb.

Ülviyyə, Hurriyyet.az