📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın DARPA agentliyi kiberhücumlara qarşı yeni proqramlar yaradır

2021-10-08 12:37:00

ABŞ-ın DARPA agentliyi kiberhücumlara qarşı yeni proqramlar yaradır

ABŞ-ın Müdafiə Nazirliyi Perspektiv Araşdırma Layihələri İdarəsi (DARPA) kiberhücumla mübarizənin yeni müasir texnologiyalar ilə aparılması üçün mütəxəssislərin axtarışını həyata keçirir. Bu haqda RT məlumat verir.

“Konkret məlum tələb üzrə mövcud və ortaya çıxan kibertəhlükələrə cavab olaraq informasiya əməliyyatları və kiberəməliyyatlar sferasında qabaqcıl texnologiyaların təcili hazırlanması qabiliyyətinə malik potensial proqramçılar axtarılır”, deyə DARPA-nın sənədində deyilir. DARPA vurğulayır ki, ABŞ-ın kiberəməliyyatlara marağı “milli təhlükəsizliyin əhəmiyyəti”nin artması ilə şərtlənir. Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Araşdırma Xidmətinin nəzdində kosmosun hərbiləşdirilməsi ilə bağlı hesabat yayılmışdı. Analitiklər hesab edirlər ki, kosmos artıq Amerika peykləri üçün təhlükəsiz sahə deyil, necə ki, əvvəllər ABŞ bu sahədə hərbi üstünlüyə malik idi.

Ülviyyə, Hurriyyet.az