ABŞ-ın Ermənistan Müdafiə Nazirliyindəki kadrı nə işlə məşğul olacaq?
Hərbi sahədə mülki müşavir
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyi Amerika hərbçisinin Ermənistan Müdafiə Nazirliyində işləməsi barəsində "Armenia Today" nəşrinə açıqlama verib. Açıqlamada ABŞ ordusunun təmsilçisinin Ermənistan Müdafiə Nazirliyinin mülki müşaviri olacağı bildirilir: "Mülki müşavir Ermənistanın müdafiə institutlarının dəstəkləmək istiqamətində fəaliyyət göstərəcək. ABŞ Dövlət Departamentinin qlobal islahat proqramı daha dayanıqlı, effektli təhlükəsizlik institutlarının yaradılması məsələsində strateji səviyyədə məşvərət yardımı göstərməklə bütün dünyadakı tərəfdaşları dəstəkləyir".
Səfirlik mülki müşavirin ABŞ ordusu və ya Müdafiə Nazirliyi yox, Dövlət Departamenti tərəfindən maliyyələşdiriləcəyini bildirib. Səfirliyin açıqlamasında mülki müşavir vəzifəsinə kimin təyin olunacağının artıq müəyyənləşdirildiyi, onun bu il işə başlayacağı bəyan edilib. Səfirlik ABŞ-ın Ermənistan Silahlı Qüvvələrini dəstəkləmək üçün daha çox nümayəndə cəlb eləmək planının olmadığını bildirib.
Hürr Tərcüman