ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə getdi - FOTO
2022-09-29 17:56:00
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycanla sərhədə gedib.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatında qeyd olunub ki, amerikalı diplomat Syünik vilayətinin qubernatoru ilə görüşüb.
Səfir qubernatorla bu ayın ortalarında baş verən toqquşmanın Syünik əhalisinə təsirini müzakirə edib.

Bizim.Media