📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Ermənistandakı təlimləri başladı

2023-09-11 17:11:46

ABŞ-ın Ermənistandakı təlimləri başladı

Ermənistanda ABŞ-ın “Qartal tərəfdaşı 2023” təlimləri başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFP-yə ABŞ-ın Avropa və Afrikadakı Komandanlığının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, mərasim İrəvan yaxınlığındakı “Zar” təlim mərkəzində baş tutub.

Qeyd edək ki, təlimlərdə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi iştirak edir. Təlimlər sentyabrın 20-dək davam edəcək./Axar.az/