ABŞ-ın F-16 qırıcısı Sarı dənizə düşdü
2023-12-11 08:55:01
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın F-16 qırıcısı Sarı dəniz üzərində məşq uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə məlumatı “Yonhap” informasiya agentliyi mənbələrə istinadla yayıb. Məlumatda təyyarəçinin katapult yolu ilə təyyarədən atlandığı bildirilir. Hərbçini sahil mühafizəsi xilas edib.
Təyyarə Çolla-Pukto vilayətindəki Kunsan hərbi hava bazasının ətrafındakı təlimlərdə iştirak edirmiş. Bazadan Cənubi Koreya və ABŞ HHQ birgə istifadə edirlər.
Hürr Tərcüman