📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Florida ştatı ondan qopan ilk parça ola bilərmi? ABŞ-da Florida qubernatoru yeni konfederativ ordu yaratmaq fikrindədir

2021-12-09 12:58:00

ABŞ-ın Florida ştatı ondan qopan ilk parça ola bilərmi? ABŞ-da Florida qubernatoru yeni konfederativ ordu yaratmaq fikrindədir

ABŞ-ın Florida ştatının Respublikaçı qubernatoru Ron DeSantis Bayden administrasiyasının sınıq-salxaq federal dəstəyinə güvənmək əvəzinə, əyaləti qorumaq üçün İkinci Dünya Müharibəsi dövründəki qüvvələrin bərpasını təklif edir. Qubernatorun saytında yerləşdirilən açıqlamaya görə, DeSantis Milli Qvardiyaya köməkçi qismində mülki könüllü qüvvə Florida Ştatı Qvardiyasını bərpa etməyə çağırır. DeSantis bu qüvvələrin bərpası üçün qarşıdan gələn ilin büdcəsində 3,5 milyon dollar ayırmaq fikrindədir.
Açıqlamaya görə, Florida Ştatı Qvardiyası “qasırğa, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı fövqəladə hallara cavab tədbirləri”ni gücləndirəcək və qvardiyaya qoşulanların təlimlərinə maliyyə dəstəyi verəcək.
CNN-nin verdiyi məlumata görə, DeSantis bildirib ki, Florida Ştatı Qvardiyası "federal hökumət tərəfindən yüklənməyəcək". O, əlavə edib ki, Florida Ştatı Qvardiyası ştatın liderlərinə “Florida daxilində baş verən hadisələrə ən effektiv şəkildə cavab vermək üçün lazım olan çeviklik və imkanları verəcək".
CNN-nin yayınladığı xəbərdə bildirlir ki, DeSantis ştatın qvardiya qüvvələrinin yaradılmasını həm də bu ifadələrlə şərh edib: "Florida Ştatı Qvardiyasının yenidən bərpası ştatın hər yerindən olan mülki şəxslərə fövqəladə hallara cavab tədbirləri üzrə ən yaxşı şəkildə təlim keçməyə və çox tez səfərbər olmaq qabiliyyətinə malik olmağa imkan verəcək". 
Ümumiyyətlə, ABŞ koronavirus pandemiyası dönəminə qədəm qoyduğu vaxtdan ştatlar içində müxtəlif məsələlərə olduğu kimi, elə koronavirus qapanmalarına da müstəqil reaksiya və qərar verən inzibati ərazi vahidləri içində ən seçiləni Flroida ştatı olmuşdur. Ştatın qubernatoru DeSantis hətta preizdent Baydenə meydan oxuyurmuş kimi ona öz işi ilə məşğul olmasının gərəkdiyini də bildirmişdir. Məlum olduğu kimi, ABŞ federativ ölkədir və zaman-zaman Texas ştatı başda olmaqla mərkəzi hökumətlə fikir ayırlıqları və ayrılma çağırışları müşahidə olunmuşdur. Amma bu çağırışlar ayrı hərbi birləşmələr yaratmaq həddinə çatmamışdır. İndi isə Florida ştatının qubernatoru DeSantisin məlum çağıırışı sıradan adi çağırış deyil. Maraqlısı budur ki, ştat rəhbərliyinin səlahiyyətində olan qvardiyanın yaradılması çağırışı nə qədər ciddiləşə və hara qədər gedə bilər? Məsələn, qvardiyanın bərpası yaxud elanı ABŞ-dan ayrılmağa qədər gedə bilərmi?

Ülviyyə, Hurriyyet.az