📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri: heç bir oliqarx Gürcüstan siyasətində Bidzina İvanişvilinin rolunu oynamayıb

2022-07-06 15:58:00

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri: heç bir oliqarx Gürcüstan siyasətində Bidzina İvanişvilinin rolunu oynamayıb

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Vilyam Kortni deyib ki, heç bir oliqarx Gürcüstan siyasətində “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilinin rolunu oynamayıb. O, bu barədə "Amerikanın Səsi"nə müsahibəsində bildirib.
Onun fikrincə, Gürcüstanda deoliqarxizasiya fərdlərin geniş həcmli siyasi rolunun azaldılmasını nəzərdə tutur və bu, müəyyən mənada İvanişvilinin həddən ziyadə siyasi rolu ilə bağlıdır.
“Aydındır ki, müəyyən mənada bu, İvanişvilinin oynadığı həddən artıq siyasi rolu ilə bağlı məsələdir. Hansı ki, ona qədər bu rolu Saakaşvili oynayırdı. Gürcüstanda 30 illik müstəqillik dövründə Qamsaxurdiya, Şevardnadze, Saakaşvili, İvanişvili bir-birinin ardınca həddən artıq şişirdilmiş rol oynadı. Ukraynada da müəyyən siyasi təsirə malik iqtisadi oliqarxlar var idi, lakin oliqarxların heç biri heç yerdə İvanişvilinin oynadığı rolu oynamadı. Deməli, deoliqarxizasiya əslində Gürcüstanda fərdlərin böyük siyasi rolunu azaltmaq və şəxsiyyətlərə, şəxslərə deyil, maraqlara əsaslanan siyasət qurmaq deməkdir. Məsələn, normal demokratik ölkələrdə mühafizəkar və liberal partiyalar olur. Gürcüstanda siyasi partiyalar insanların, şəxslərin üzərində “durur”. İnstitusional olaraq bu, maraqlara əsaslanan siyasətdən daha az sağlam prosesdir”, deyə Kortni bildirib.

Ülviyyə, Hurriyyet.az