📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın İrana qarşı əməliyyatlarda 50 mindən çox əsgəri iştirak edir

2026-03-04 09:37:40

ABŞ-ın İrana qarşı əməliyyatlarda 50 mindən çox əsgəri iştirak edir

ABŞ Mərkəzi Komandanlıqlarının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb.

Hurriyyet.info “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyatlarda 50 mindən çox əsgər iştirak edir.

Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib. ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib.

Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib.