ABŞ-ın İraqdakı bazasına hücum edilib
2024-01-24 08:14:20
Hurriyyet.az xəbər verir ki, "İraqın islam müqaviməti" şiə hərəkatı ölkənin qərbindəki Ənbər vilayətində yerləşən, ABŞ hərbçilərinin qərargahına çevrilmiş "Ayn əl Əsəd" bazasına iki dəfə hücum etdiyini bəyan edib. Bu barədə məlumat təşkilatın "Teleqram" kanalında dərc edilib.
Açıqlamada hücumların dronlar vasitəsi ilə edildiyi, "işğalçı Amerika qüvvələrinə qarşı" və "Qəzzadakı kütləvi qırğınlara cavab" olduğu bildirilir.
Hürr Tərcüman