📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub

2023-12-08 14:50:37

ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub

Hurriyyet.az xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində xüsusi qorunan “yaşıl zona”da yerləşən ABŞ səfirliyinin ətrafı raket arəşinə məruz qalıb. Bu barədə məlumatı TASS informasiya agentliyi İraqın təhlükəsizlik qüvvələrindəki mənbətə istinadla verib.

Diplomatik missiya şəhərin mərkəzində yerləşir. Səfirliyin ətrafında partlayış səsləri  eşidildiyi, binanın içərisində isə həyəcan siqnalı verildiyi bilirilir. İlkin məlumatlara görə, səfirlik binasının ətrafına bir neçə raket atılıb.

Hürr Tərcüman