📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın İrəvandakı səfiri Qərbin Qafqazdakı planları barəsində Moskvanın ittihamlarına cavab verib

2024-10-09 16:33:01

ABŞ-ın İrəvandakı səfiri Qərbin Qafqazdakı planları barəsində Moskvanın ittihamlarına cavab verib

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikovun açıqlamasına cavab verib. Bortnikov ABŞ ilə Avropanın Cənubi Qafqazda sabitlik yaranmasında maraqlı olmadıqlarını, regionda öz "sülhməramlı" missiyalarını yerləşdirməyə, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasının tənzimlənməsi prosesinə rəhbərliyi ələ keçirməyə çalışdıqlarını bəyan etmişdi.
ABŞ-ın İrəvandakı səfirliyinin cavabında bildirilir ki, onların dəstəyi "sülh və sabitliyin təmin edilməsi üzərində çalışan demokratik liderlərin təmin olunması üçün ölkələrə kömək etməyə yönəldilib".
Hürr Tərcüman