ABŞ-ın İsrailə hərbi yardımının məbləği açıqlandı - milyardlarla dollar xərclənib
Hurriyyet.az xəbər verir ki, ABŞ Yaxın Şərqdə münaqişənin alovlandığı 2023-cü il 7 oktyabr tarixindən bəri İsrailə hərbi yardım üçün rekord məbləğdə - 17,9 milyard dollar vəsait xərcləyib.
Bu barədə AP (Associated Press) agentliyi Braun universitetinin "Müharibə xərcləri" layihəsi çərçivəsində hesabatına istinadla məlumat yayıb.
Hesabata görə, İsrail tarix ərzində ABŞ-ın ən çox hərbi yardım göstərdiyi dövlət olub. 1959-cu ildən bəri Vaşinqton Tel-Əvivə ümumilikdə 251 milyard dollar məbləğində yardım göndərib. 2023-cü ilin 7 oktyabr ayından keçən bir il ərzində göndərdiyi 17,9 milyard dollar isə ABŞ-ın bir il ərzində İsrailə göndərdiyi ən böyük həcmli hərbi yardım olub.
Qeyd edilir ki, ABŞ-ın regiondakı irimiqyaslı hərbi əməliyyatlarının, o cümlədən Yəmən husilərinə qarşı addımların reallaşdırılması üçün əlavə 4,86 milyard dollar xərclənib.
Hürr Tərcüman