📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Livandakı səfirliyinə hücum edənlərə gözyaşardıcı qumbaralar atılıb

2023-10-18 18:39:51

ABŞ-ın Livandakı səfirliyinə hücum edənlərə gözyaşardıcı qumbaralar atılıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Livanda ABŞ səfirliyinin qarşısında nümayiş keçirən eitrazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Polislər səfirliyin ərazisindən yüzlərlə metr məsafədə yolu əhatəyə alıblar.

Səfirlik Livanın paytaxtının şəhərətrafı Akvar rayonunda yerləşir.

“Amal” və “Hizbullah” hərəkatlarının tərəfdarları Akvara motosikllər və avtobuslarla gediblər. Onlar polislərə daşlar və partlayıcılar atıblar. Polis isə yaxınlaşmaq istəyənlərə gözyaşardıcı qaz olan qumbaralar atıb.

Səfirliyə gedən küçələrin demək olar ki, hamısının girişini tüstü bürüyüb.

Qəzzadakı xəstəxananın İsrail HHQ tərəfindən vurulması xəbəri yayılandan sonra, Livanda ABŞ səfirliyinə hücum cəhdi edilib. Ordu və asayiş qüvvələri xüsusi vasitələrlə kütləni qovub.

Hürr Tərcüman