📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Livandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama

2024-06-05 11:15:51

ABŞ-ın Livandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Livandakı səfirliyinin təhlükəsizlikdə olduğu bəyan edilib.
Beyrut şəhərinin kənarındakı Avkar rayonunda yerləşən ABŞ səfirliyinin əməkdaşları silahlı hücum insidentindən sonra təhlükəsiz şəraitdədirlər. Bu barədə ABŞ səfirliyinin açıqlamasında məlumat verilib.
Açıqlamada deyilir: "Yerli vaxtla səhəd 8:34-də ABŞ səfirliyinin girişində odlu silahdan atəş açılıb".
Məlumatda bildirilir ki, Livan Silahlı Qüvvələrinin, daxili təhlükəsizlik qüvvələrinin və səfirliyin öz təhlükəsizlik xidmətinin əməkdaşlarının çevik reaksiyası sayəsində diplomatik missiya və onun personalı təhlükəsiz vəziyyətdədirlər.
Qeyd edək ki,  ABŞ səfirliyinə atəş açan şəxsin Suriya vətəndaşı olduğu, onun Livan qüvvələri tərəfindən vurularaq yaralandığı və müalicə üçün xəstəxanaya aparıldığı bildirilir.
Hürr Tərcüman