ABŞ-ın Maliyyə naziri Rusiya neftinə “tavan” qiymət qoydu
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu ilə Ümumdünya Bankının Vaşinqtondakı birgə iclasında Rusiya neftinə 60 dollar civarında qiymət həddi qoymağı təklif edib.Bu barədə məlumatı “Röyter” agentliyi verib.
Canet Yellen deyib: “Şübhəsiz ki, bu diapazondakı qiymət Rusiyanın neft hasilatı və satışından qazanc əldə edə biləcəyini hesab eləmək üçün kifayət edəcəkdir”.
ABŞ Maliyyə naziri Rusiya neftinin hasilatının maya dəyərini “aşağı” adlandıraraq qeyd edib ki, Qərb müttəfiqləri Moskva üçün qiymət maksimumu mexanizmini müzakirə etməkdə davam edir.
Xatırladaq ki, ABŞ Moskvanı enerji gəlirlərindən məhrum etmək üçün Rusiya neftinə qiymət limiti qoymaq ideyası ilə çıxış edib. Təklif G7 ölkələri tərəfindən dəstəklənib, lakin Hindistan və Çin kimi böyük istehlakçılar, eləcə də bir çox inkişaf etməkdə olan ölkələr onlara qoşulmayıb.
Hürr Tərcüman