📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın mənfəət hədəfi Çin yox, Hindistandır

2024-05-31 16:01:52

ABŞ-ın mənfəət hədəfi Çin yox, Hindistandır

“Wall Street” Çində tapa bilmədiyi mənfəət üçün Hindistanı hədəfləyir. Bu barədə “The New York Times” yazır.

Məlum olduğu kimi, “Wall Street” ABŞ-ın iqtisadi mərkəzi olan Nyu Yorkda yerləşən ölkənin maliyyə mərkəzidir.

“The New York Times”  yazır ki, Hindistanın maliyyə paytaxtı olan Mumbayda son bir ildə bir çox yeni simalar peyda olub. Nəşr bildirir ki, qlobal bankların rəhbərləri Hindistana gəldikdən, birjaları gəzdikdən sonra daşınmaz əmlak alıb, yeni işçilər işə götürdülər.

Pandemiyadan sonrakı iqtisadi bum Hindistanın fond bazarını təxminən 5 trilyon dollara çatdıraraq onu Honq Konqla eyni səviyyəyə qaldırdı. Hindistan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Wall Street artıq Hindistanı görməzlikdən gələ bilməz.

Ülviyyə, Hurriyyet.az