📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

2022-10-12 12:23:00

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Bu gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Hurriyyet.az xəbər verir ki, buna səbəb Azərbaycanın Vaşinqtondakı səfirliyinə məxsus avtomobilin atəşə tutulmasıdır.

"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - deyə XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur.

yenisabah.az