📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb

2023-03-22 23:16:00

ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,12 milyon barel artaraq 481,18 milyon barrelə çatıb.

Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Benzinin əmtəə ehtiyatları 6,4 milyon barel azalaraq 229,6 milyon barel təşkil edib. Kommersiya məqsədli distillat ehtiyatları 3,31 milyon barel azalaraq 116,4 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1,8 milyon barel, benzin ehtiyatlarının 2,36 milyon barel, distillə ehtiyatlarının isə 1,5 milyon barrel azalacağını gözləyirdilər. \\Report