📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Pekindəki səfiri XİN-ə ÇAĞIRILDI

2022-08-02 23:42:00

ABŞ-ın Pekindəki səfiri XİN-ə ÇAĞIRILDI

Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın ölkədəki səfiri Nikolas Bernsi quruma çağırıb.

Amerikalı diplomata ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərilə bağlı etiraz məktubu təqdim edilib.

Qeyd edək ki, Çin tərəfi Pelosinin adaya səfərini öz süverenliyinin pozulması kimi dəyərləndirib. ABŞ rəsmiləri isə bunun heç də belə olmadığını bildiriblər. \\Manşet