ABŞ-ın raket daşıyan hərbi gəmisi Finlandiyadadır
2022-07-20 16:02:00
Xəbər verilir ki, ABŞ-ın “USS Arleigh Burke” raket daşıyıcı hərbi gəmisi Finlandiyanın paytaxtı limanına çatıb.
Xəbərdə deyilir ki, gəmi müxtəlif tapşırıqları yerinə yetirməyə imkan verən güclü və balanslaşdırılmış silahlanmaya malikdir. Esmines 1600 km-ə qədər mənzilli “Tomahawk” qanadlı raketlərini, RIM-66 SM-2 (Standart-2) idarə olunan zenit raketlərini və RUM-139 ASROC sualtı qayıq əleyhinə idarə olunan raketləri daşıyır.
Maraqlıdır ki, hərbi gəminin Finlandiyaya səfərinin məqsədi barədə məlumat yoxdur.
Ülviyyə, Hurriyyet.az