📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın rəhbərlik elədiyi qüvvələr İraqı tərk etdilər

2021-12-09 15:36:00

ABŞ-ın rəhbərlik elədiyi qüvvələr İraqı tərk etdilər

Hurriyyet.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik elədiyi koalisiya qüvvələri İraqı tərk ediblər.

Ölkənin INA rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, İraqın Milli Təhlükəsizlik üzrə müşaviri Qasım Araci ABŞ-ın rəhbərlik elədiyi koalisiyanın hərbi qüvvələrinin ölkədəki xidmət dövrünün başa çatdığını bildirib. Araci deyib: “Koalisiya qüvvələri ilə son müzakirələrimizi tamamladıq. Koalisiyanın hərbi qüvvələrinin İraqdakı xidməti başa çatıb və onlar ölkəni tərk ediblər”.

İranın dəstəklədiyi şiə qrupları bir müddət əvvəl təhdidlə çıxış edərək, dekabr ayından etibarən ölkədəki ABŞ qüvvələrini hədəfə alacaqlarını bildirmişdilər.

 

Hürr Tərcüman