📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Rusiya ilə gizli danışıqlar istəyinin səbəbi

2022-11-12 11:35:00

ABŞ-ın Rusiya ilə gizli danışıqlar istəyinin səbəbi

ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiya-Amerika münasibətlərində davam edən gərginliyə baxmayaraq, yaydan bəri START müqaviləsi üzrə Moskva ilə dialoqu bərpa etməyə çalışır.

Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında dərc olunan məqalədə bildirilib.

“İndiki və keçmiş ABŞ rəsmilərinin fikrincə, START danışıqlarının bərpası ən azı bu ilin yayından Ağ Ev və Dövlət Departamentinin gizli məqsədi olub və bu məsələ ilə bağlı Rusiya ilə yeni görüşün planlaşdırılması bir neçə aydır ki, davam edir", - nəşr yazıb.

Məqalədə vurğulanıb ki, ABŞ-ın danışıqlar istəyi Bayden administrasiyasının sanksiyalara və Rusiyanı zəiflətmək siyasətinə baxmayaraq, bəzi məsələlərdə Vladimir Putinlə əlaqə saxlamağa hazır olduğunu nümayiş etdirir.

Qeyd edək ki, daha öncə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov iki ölkə arasında noyabrın sonu və ya dekabrın əvvəlində Qahirədə START müqaviləsi üzrə ikitərəfli komissiyanın iclasının keçiriləcəyini bildirib.