ABŞ-ın Rusiyadakı ilk qadın səfirini İrəvana nə bağlayır?
2022-12-22 12:13:00
Hurriyyet.az "Yerevan Today" nəşrinə istinadla xəbər verir ki, ABŞ Konqresinin Senatı Linn Treysinin ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.
Sentyabr ayında Prezident Cozef Bayden tərəfindən irəli sürülmüş namizədliyi 93 nəfər dəstəkləyib, iki senator Linn Treysinin əleyhinə səs verib.
O, ABŞ-ın Rusiyadakı ilk qadın səfiri olacaq. Treysi ABŞ-ın Ermənistandakı səfiri olub, əvvəllər Moskvadakı səfirlikdə çalışıb, həmçinin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Departamentində Rusiya üzrə Baş müşavir vəzifəsini icra edib.
Hürr Tərcüman