📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Rusiyaya "cəhənnəm" sanksiyaları... - Senator

2022-01-01 16:36:00

ABŞ-ın Rusiyaya

Amerika diplomatları Moskva və Vaşinqton arasında konstruktiv danışıqlar prosesini pozmağa çalışırlar.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

"ABŞ-ın Moskvadakı keçmiş səfirlərinin Baydendən tələb etdiyi antirusiya sanksiyalarının siyahısının dərci təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda təxribatçı rol oynamaq məqsədi daşıyır. Bu, onların əsas məqsədidir", - Puşkov izah edib.

O qeyd edib ki, ABŞ-ın "cəhənnəm" sanksiyaları ilə hədələri Rusiyaya təhlükəsizlik zəmanəti vermək əvəzinə, həm də diplomatik təmasları çətinləşdirməyə yönəlib.