📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın sabiq rəsmisi Con Boltondan SEPAH-a ünvanlı AÇIQLAMA

2022-08-11 12:49:00

ABŞ-ın sabiq rəsmisi Con Boltondan SEPAH-a ünvanlı AÇIQLAMA

Məlum olduğu kimi, dünən sosial mediada SEPAH-ın üzvü Şəhram Pursəfinin Tramp hökuməti dövründə Amerikanın milli təhlükəsizlik müşaviri olmuş Con Boltona qarşı uğursuz sui-qəsdi barədə məlumat yayılıb.
Bolton bu barədə açıqlama verərək Amerika hökumətinin İranın təhdidlərinə qarşı kifayət qədər tədbir görmədiyini bildirib.
"Bir çox insanlar İran rejiminin təhdidləri qarşısında təhlükə içindədirlər və ABŞ hökuməti bu təhdidlərlə mübarizə aparmaq üçün lazımi addımları atmayıb, çünki bu təhdidlər hələ də davam edir", deyə Bolton vurğulayıb.
Bolton sonda qeyd edib ki, İran İslam Respublikasının bu təhdidləri əslində, Amerika xalqına və bütün dünyaya bu rejimin əsl mahiyyətini göstərir.

Ülviyyə, Hurriyyet.az