ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutuldu
Hurriyyet.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Suriyanın neftlə zəngin Deyr Əz Zor vilayətində, "Koniko" qaz yatağı rayonunda yerləşən bazası raket atəşinə məruz qalıb. Baza ərazisinə Suriya ərazisindən 40 raket aldığı bildirilir.
Yanvarın 4-də "İraqın islam müqaviməti" adlanan şiə hərbi təşkilatının üzvləri ABŞ-ın Suriyadakı "Ət Tanf" bazasına hücum elədiklərini bəyan eləmişdilər. Açıqlamada bildirilirdi ki, Amerikanın Suriyadakı obyektlərinə endirilən zərbələr İsrailin Qəzza sektorunda Fələstin əhalisinə qarşı hücumlarına və ümumiyyətlə Amerikanın İraqdakı və Yaxın Şərqin digər regionlarındakı işğal siyasətinə cavabdır.
ABŞ-ın Suriya Ərəb Respublikasının ərazisində ümumilikdə 24 hərbi bazası və 4 məntəqəsi bar. Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra Suriyadakı ABŞ bazaları ardıcıl şəkildə atəşə tutulur.
Hürr Tərcüman