ABŞ-ın təyyarə gəmiləri İran sahillərində
2024-08-26 18:15:16
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcısı Oman körfəzində, İran sahillərinin yaxınlığında yerləşdirilib. Bu xəbər ABŞ-ın "Planet Labs" şirkətinin peyk məlumatlarına əsasən yayılıb.
Regionda artıq lövbər salmış "USS Teodor Ruzvelt" atom aviadaşıyıcısına ötən həftənin sonunda "USS Abram Linkoln" aviadaşıyıcısı yaxınlaşıb. Pentaqondan verilən məlumata görə, müdafiə naziri Lloyd Ostin İsraili dəstəkləmək üçün Yaxın Şərqdə ABŞ HDQ-nin iki avidaşıyıcısını saxlamağı qərara alıb".
Hürr Tərcüman