ABŞ-ın təyyarədaşıyan gəmisi Kritdəki Suda körfəzinə gəlib - İsrail-Livan savaşı hər an alovlana bilər
Amerikanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “CVN 69 Dwight D. Eisenhower” Kritdəki Suda körfəzinə gəlib. Ekspertlər bu hadisəni İsrailin Livanın Hizbullah qruplaşmasına qarşı mümkün hərbi əməliyyatına hazırlıqla əlaqələndirirlər. Ağ Ev artıq Livandakı Amerika vətəndaşlarını mümkün evakuasiyaya hazırlaşmağa çağırıb.
Livanda vəziyyətin pisləşməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Ən azı 10 ölkə artıq təhlükəsizlik vəziyyətinin pisləşməsi və İsrail Müdafiə Qüvvələrinin (IDF) Hizbullaha qarşı gözlənilən quru əməliyyatı ərəfəsində öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.
“USS Dwight D. Eisenhower”in Aralıq dənizinə gəlməsi, münaqişənin kəskinləşəcəyi təqdirdə ABŞ-ın müttəfiqi İsraili dəstəkləməyə hazır olduğuna işarədir. Hazırkı gərginliyi nəzərə alsaq, İsrail əməliyyatı yaxın günlərdə başlaya bilər.
Ülviyyə, Hurriyyet.az