ABŞ-ın Ukraynadakı səfirliyi Simonyanı “güzgüdəki heyvan” adlandırdı
Meymun baxar güzgüyə, adını qoyar özgəyə
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Ukraynadakı səfirliyi Kremlin təbliğatçısı Marqarita Simonyanı “heyvan” adlandıraraq, rusiyalı işğalçıların törətdikləri bütün hərbi cinayətləri ona xatırladıb.
Bu günlərdə rusiyalı təbliğatçı Marqarita Simonyan “nasist”lərin – etnik mənsubiyyətinə görə uşaqların gözlərini çıxarmağa hazır olduqlarını yazıb. ABŞ-ın Ukraynadakı səfirliyi Rusiya hərbçilərinin ukraynalı uşaqlara təcavüz edib öldürdüklərini, həmçinin törətdikləri başqa cinayətləri xatırlamasını məsləhət görüb.
Səfirliyin açıqlamasında deyilir: “Gəlin aydınlaşdıraq – fevralın 24-dən bəri Rusiya Ukraynada 550-dən artıq uşağı öldürüb, yaxud da yaralayıb. Rusiya hərbçiləri onları bombalayıb, atəşə tutub, təcavüzə məruz qoyub, güllələyib, zorla deportasiya edib. Heyvan güzgüdədir, Marqarita”.
Hürr Tərcüman
.png)