ABŞ-ın Ukraynaya 1,25 milyard dollarlıq yardım paketi gözlənilir
2024-12-28 11:18:35
Bazar ertəsi ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi elan edilməsi gözlənilir. Paketin dəyəri 1,25 milyard dollar olacaq. Bu barədə “Associated Press” məlumat verir.
Yardım paketi yer-hava raketləri və “Hawk” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, “əhəmiyyətli miqdarda döyüş sursatı”nı əhatə edəcək.
Bundan əlavə, 155 mm və 105 mm çaplı “Stinger” raketləri və artilleriya mərmiləri köçürüləcək.
Ülviyyə, Hurriyyet.az