ABŞ-ın Ukraynaya 200 milyonluq gizli yardımı...
Ağ Ev Ukrayna sərhədi yaxınlığında rus qoşunlarının cəmləşməsi fonunda Kiyevə əlavə vəsaitin ayrılmasına icazə verib.
ABŞ prezidenti Co Baydenin administrasiyası ötən ilin sonunda heç bir açıqlama olmadan Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardım edib. Bu barədə yanvarın 10-da ABŞ-ın "CNN" kanalının jurnalisti Kayli Etvud "Twitter"də məlumat verib.
Media nümayəndəsinin sözlərinə görə, bu məlumatı dörd mənbə verib.
"Bayden administrasiyası dekabrın sonunda Ukrayna sərhədləri boyunca rus qoşunlarının yığılması fonunda Ukraynaya əlavə 200 milyon dollar yardıma səssizcə icazə verdi", deyə Etvud bildirir.
Əlavə edirik ki, Pentaqonun sözçüsü Con Kirbi bazar ertəsi keçirdiyi brifinqdə ABŞ-ın Ukraynaya lazımi hərbi yardımı göstərməyə davam edəcəyini, Ukraynanın əhəmiyyətli olaraq qaldığını, xüsusən də Rusiya qoşunlarının şərq, şimal və cənub sərhədlərinə yaxın olması fonunda bildirib.
“Biz bunu keçmişdə etmişik və Ukraynaya özünü daha yaxşı müdafiə etməyə imkan verəcək vəsait ayırmağa davam edəcəyik”, deyə o vurğulayıb.
Ülviyyə, Hurriyyet. az