ABŞ-ın Ukraynaya verəcəyi hərbi yardım paketinin içində "Patriot" da var
ABŞ Ukraynaya verəcəyi yeni hərbi yardım paketinə Patriot hava hücumundan müdafiə sistemlərini də daxil edəcək. Belə ki, ABŞ administrasiyası "Patriot" sistemlərinin Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketinin bir hissəsi olacağını bildirib. Bu barədə dekabrın 21-də ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
“Sabah prezident Bayden Ukraynaya təhlükəsizlik yardımı üçün təxminən 2 milyard dollarlıq yeni böyük bir paket elan edəcək. O, çox vacib yeni qabiliyyətə malik Patriot raket batareyasını əhatə edcək”, deyə administrasiya rəsmisi Ağ Evin saytında bildirib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri bu silahların istifadəsini öyrənmək üçün “üçüncü ölkədə” təlim keçəcək və bu, “bir qədər vaxt aparacaq”. Qeyd olunur ki, "Patriot" sistemləri nəinki qanadlı raketləri, eləcə də ballistik raketləri də vura bilir.
Ülviyyə, Hurriyyet.az