📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın "USS Nitze" adlı Destroyer-məhvedici gəmisi Qara dənizdə görülüb

2023-02-07 10:28:00

ABŞ-ın

ABŞ-ın "USS Nitze" adlı Destroyer-məhvedici gəmisi Qara dənizdə görülüb. Bu, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ABŞ hərbi gəmisinin Rusiyaya ən yaxın məsafəyə üzən gəmidir.
"USS Nitze" hərbi gəmisi "George H.W. Bush Carrier Strike Group" təyyarədaşıyan gəmi heyətinin bir parçası kimi fəaliyyət göstərir. Gəmi bölgəyə daxil olaraq fevralın 3-də Türkiyə yaxınlarına gəlib və bu, ABŞ donanmasının twitter hesabında da təsdiqlənib. Bir neçə gün sonra gəmi Yunanıstandakı Pireyi də ziyarət edib. Bölgəyə son ABŞ döyüş gəmisi 2021-ci ilin dekabrında girib.
Məlumata görə, ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake və ABŞ-ın İstanbuldakı Baş Konsulluğu Julie Eadeh gəmiyə baş çəkib və bir neçə saat orada olublar.
Səfir gəminin Rusiya və Ukrayna arasında davam edən müharibə arasında heç bir bağlantıya dair izah verməyib. Daha doğrusu, Fleyk səfəri NATO əlaqələrini gücləndirmək üçün bir fürsət kimi qiymətləndirib.
Səfir Ceff Flake 6-cı Donanmanın xəbər relizində "Türkiyə çox dəyərli NATO müttəfiqidir. Nitzenin səfəri Türkiyə ilə uzunmüddətli və həyati vacib tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir fürsətdir”, deyə açıqlama verib.
Qeyd edək ki, ABŞ bu yaxınlarda Ankaraya Türkiyənin Rusiyaya ixracatı ilə bağlı xəbərdarlıq edib. İxraclara kimyəvi maddələr, mikroçiplər və Moskvanın Ukraynadakı müharibəsində istifadə oluna biləcək digər məhsullar daxildir.
Türkiyə həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına mane olur, bəziləri bunun Rusiyanın Ukraynaya işğalında fayda verəcəyini deyir.

Ülviyyə, Hurriyyet.az