📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın vitse-prezidenti Bakıya yola düşdü

2026-02-10 16:08:21

ABŞ-ın vitse-prezidenti Bakıya yola düşdü

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfərini başa vuraraq İrəvanı tərk edib.

Publika.az xəbər verir ki o, Bakıya yola düşməzdən əvvəl jurnalistlərə səfər təəssüratını danışıb.

“Sülh yaratmaq bir addımdır, sülhü qorumaq isə növbəti addımdır. Burada çox məhsuldar 24 saat keçirdim. Gəldiyimiz yerdən çox məmnunam. Ermənistan və Azərbaycan arasında iqtisadi müstəqilliyi təmin etməklə, sülh müqaviləsinin qorunub saxlanılması üçün fürsət yaradırıq”, - Vens bildirib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib.